Futbolçularımız ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar

3-06-2025, 17:58           
Futbolçularımız ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura  imza atıblar
Ölkəmizdə Gənclər və idman siyasəti prioretet istiqamətlərdən biridir. Prezidenit İlham Əliyevin diqqəti və qayğısı sayəsində respublikada müxtəlif idman növlərinin inkişafı geniş vüsət alıb və böyük idman ordusu yaradılıb. Demək olar ki, ölkəmizin hər yerində, hətta ucqar dag royanlarda belə, dövlətimizin başçısının təşəbbüsu və tapşırıgı əsasında ən müasir Olimpiya İdman Kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. Xüsusilə, işgaldan azad edilmiş torpaqlarımızda idman komplekslərinin yaradılması, məskunlaşmadan sonra isə gənclərin bu sahəyə dərindən bağlanmaları mühüm önəm daşıyır.
Göstərilən qaygının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq uguru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bu uğurların davamı Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatında gəlmişdir. Milli Gimnastika Arenasında təşkil olunan bu yarışda Azərbaycanın milli komandası çox böyük uğurla çıxış edərək minifutbol üzrə dünya çempionatının qalibi olub. Final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Bu böyük qələbə münasibəti ilə idmançıları, onların məşqçilərini və federasiya rəhbərliyini təbrik edən cənab Prezident deyib: “Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var”.
Vurğulanıb ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Ölkə başçısı vurğulayıb ki, “Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər. Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər”.
Gənclərimizin qələbəsini çox böyük qiymətləndərən Prezident İlhan Əliyev bildirib ki, “həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.
Beləliklə, hazırda qalib ölkənin vətəndaşları olaraq ölkəmizin qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. İdmançılarımıza isə gələcək yarışlarda uğuqlar və yüksək nəticələr arzulayırıq.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.