Anar Məmmədovun “Trump Tower”inin yanmasının dəhşətli gizlinləri… - Sensasiya!!!
2-05-2018, 00:10

Bir müddət əvvəl keçmiş nəqliyyat naziri Ziya Məmmədovun villasının yanması xəbəri çıxmışdı; Sonra eks-nazir yanan mülkü ona aid olmasını təkzib eləmişdi...
Ona qədər Məmmədovların bütün varidatının, mülk və bizneslərinin tərki-silah edildii xəbərləri gəlməkdəydi. Bu günlər isə oğlu Anar Məmmədovun məşhur binası alovlandı.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan binada yanğının çox çətinliklə söndürülməsindən bir neçə saat sonra – axşam saatlarında yenidən yanğın başlaması çox müəmmalıdır və təxribat ehtimalını gücləndirir.
Məsələ ondadır ki, bina istifadəyə verilməyib – içində heç bir fəaliyyətin olmadığı binada yanğın onsuz da şübhə doğururdu.
Üstəlik, söndürülən və nəzarət edilən yanğın gecə saatlarında yenidən alovlanır. 2014-cü ilin yanvarından 2015-ci ilin iyulunadək Tramp bu layihədən 2.5 milyon dollar gəlir, menecment haqqı kimi isə 323 min dollar əldə edib.
Tramp layihəsi dayanan kimi Məmmədov da yoxa çıxıb. O, ödənişləri kəsib, Azərbaycan Amerika Alyansı Vaşinqtonda qala nahar təşkil etməyib.
Alyansın amerikalı sədri Dan Burton bir il ərzində pulunu ala bilmədiyindən istefa verib. Tanıyanlar deyirlər ki, Məmmədov daha çox Londonda yaşayır.
Belə ehtimal olunur ki, onun ölkədə olmamasından sonra bu binanı ələ keçirmək istəyən güclər yanğın təxribatına əl ata bilərlər. Belə versiyalar istisna edilmir.
Müəllif Adam Davidson iddia edir ki, indiki ABŞ prezidentinin vaxtilə Bakıda "Trump" brendiylə inşasına razılıq verdiyi hotelin tikintisini "korrupsiyalaşmış ailə" reallaşdırıb və həmin ailənin İranın İnqilabi Qvardiyası ilə bağlı iş adamı ilə əlaqələri olub.
Müəllif xatırladır ki, Trump İnternational Hotel&Tower Baku adlanan bu layihə keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlıdır.
Ziya Məmmədov haqda isə müəllif yazır ki, aylıq maaşı 12 min dollar olmuş Ziya Məmmədov bununla belə milyarderdir və Azərbaycanın ən varlı adamlarından biridir.
Wikileaksdə amerikalı diplomatın 2009-2010-cu illərdə dedikləri də xatırladılır ki, "Ziya Məmmədov hətta korrupsiyalı Azərbaycanda da öz korupsiyası ilə ad çıxarıb.
Məmmədovlarla vaxtilə çəkişmədə olan qüvvələrin bu binanı özəlləşdirmək istəkləri istisna deyil.
Artıq “vurulmuş” və heç bir dayağı qalmayan bu ailə Yelkən toverə də sahib çıxmaq iqtidarında deyil.
“Trump organisation”nın hüquqi məsələlər üzrə rəhbəri Alan Garten isə deyir ki, Bakı layihəsində Donald Trump üçün mənəvi problemlər yoxdu.
Çünki, Trump heç vaxt Məmmədovla birlikdə iş görməyib, Trump burda passiv rol oynayıb.
O, Ziya Məmmədovun oğlu Anar Məmmədova yalnız Trump adından istifadə hüququnu verib və buna görə 2,8 milyon dollar alıb.
Müəllif Reutersin məlumatından sitat gətirir ki, Trump hökuməti İranın İnqilabi Qvardiyasını terrorçu təşkilat kimi pisləməyə hazırlaşır.
Müəllif yazır ki, Məmmədovlar Amerika biznesi üçün ideal tərəfdaş deyil. Trumpın bağladığı müqavilədən hələ 4 il əvvəl WikiLeaks Amerika diplomatlarının teleqramlarını dərc etmişdi ki, "Məmmədovlar ailəsi korrupsionerdir".
Bir diplomatik teleqramda isə bu ailənin İran İnqilabi Qvardiyası ilə bağlılığı qeyd olunurdu.
2013-cü ildə Azadlıq Radiosu ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumatları Layihəsinin birgə araşdırması Məmmədov ailəsinin korrupsiyasını sənədlərlə ortaya qoydu.
Müəllif onu da yazır ki, Ziya Məmmədovun İranda sərt xətt tərəfdarları ilə məlum əlaqələri yoxdur və soruşur ki, 3 qardaş olan Dərvishilər niyə məhz Ziya Məmmədovla işləmək istəyiblər?
Müəllifin fikrincə, Ziya Məmmədovun onlarla işləməyinin səbəbi aydındır - bu, mənfəətdir, Bəs qarşı tərəf?
Müəlifin fikrincə, Dərvishiləri cəlb edən , ola bilsin ki, Məmmədovların bankının olmasıdır. Bu da dünya maliyyə sisteminə çıxış verir.
Müəllif sonda yazır ki, Məmmədovların Azərbaycanda nüfuzu və hakimiyyəti kəskin aşağı düşüb.
Fia.Az