Aparıcıdan şok sözlər: - "Ailəliyəm, çölə çıxdım, subay..."

25-10-2022, 17:43           
Aparıcıdan şok sözlər: -
"İşlərim çoxdur, yeni layihələrim var. Amma həftədə bir dəfə veriliş aparmaqla televiziya sahəsinə qayıtmağı düşünürəm. Rəqəmsal layihəm var, onun üçün iki kanaldan təklif gəldi. Yanvardan sonra özəl kanallardan birində fəaliyyət göstərəcəm. İTV-ni çox sevirəm".

TEREF.AZ xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında aparıcı Firuzə (Fira) Cəlilova deyib.

O, xəbərlər proqramından iş təklifi gəldiyini də etiraf edib: "Yaxın günlərdə xəbər proqramlarının birindən aparıcı kimi iş təklifi gəldi. Sosial sahədə çalışan jurnalist olduğum üçün layihəni dəyərləndirə bilərəm. Axşam xəbərlərini sevdiyim kanalda apara bilərəm. Eyni zamanda kanallardan da xahiş edirəm ki, mənə sərbəst iş qrafiki versinlər. Hazırda televiziyalarımızda sərbəst qrafik yoxdur. Maaşın önəmi yoxdur, çünki qazanc yerim var. Televiziyada pulsuz da çalışaram. Artıq əyləncə xarakterli verilişləri atıb, ciddi xəbər sahəsinə daxil olmaq istəyirəm".

Firuzə Cəlilova xəbər aparıcılığından şou sahəsinə daxil olmağı pisləyib: "Həmişə Vüsalə Kərimovaya demişəm və indi də deyirəm, bəlkə məndən inciyəcək, sən peşəkar xəbər aparıcısı idin, niyə "Günaydın" kimi şou xarakterli verilişi apardın? O verilişi aparmaq sənə heç yaraşmırdı. Sözün əsl mənasında mükəmməl xəbər aparıcısını sanbaldan saldı.

Vüsalə Kərimova çox savadlı aparıcıdır, nitqi, intellektual səviyyəsi yüksəkdir. Onu heç bir zaman şou-proqramda görmək istəmirəm. Bəlkə də mənə deyəcəklər ki, "siz şou xarakterli veriliş aparmısınız, xəbərlər proqramında görmək istəmirik". Amma nəzərə alsaq ki, sosial problemləri işıqlandırmağı çox sevirəm və işıqlandırıram".

Şəxsi həyatından danışan Firuzə Cəlilova deyib: "Düzü, iki il əvvələ qədər deyirdim ki, subayam, çünki heç kim mənim evli və iki uşağımın olduğunu bilmirdi. Heç yerdə də evli olduğumu hallandırmırdım. Nədənsə jurnalist, aparıcı öz izləyicisi üçün daim subay olmalıdır. Çünki yalan deməyim, sosial şəbəkələrdə qadınlarla yanaşı bəylər də çox izləyirlər. Onların da iltifatları mənə xoşdur, yalan deməyəcəm.

Bəxtimdən həyat yoldaşım qısqanc deyil, mən də həmçinin. Ətrafımda olan insanlar da bunu bilirlər. 13 ildir ailəliyik. Bu illər ərzində həyat yoldaşım heç vaxt ekrana çıxmayıb. Uşaqlarım isə iki ildir ki, məndən icazəsiz yutuba giriblər, eləcə də sosial media platformasından istifadə edirlər. Ailəliyəm, evdə bayıra çıxdımsa, subayam..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.