Leonardo Di Kaprio 26 yaşlı modellə nişanlanıb?

27-11-2024, 17:44           
Leonardo Di Kaprio 26 yaşlı modellə nişanlanıb?
Aktyor Leonardo Di Kaprio ilə model Vittoria Çerettinin nişanlanması ilə bağlı şayiələr dolaşır.

Bu barədə "Daily Mail" "DeuxMoi" adlı "Instagram" səhifəsinə istinadən məlumat yayıb.

Paylaşımda cütlüyün münasibətlərində ciddi addım atdıqları və nişanlandıqları iddia edilib. Lakin nə Di Kaprio, nə də Çeretti bu xəbərlə bağlı hər hansı şərh verib və ya iddiaları təsdiqləyib.

Xatırladaq ki, Leonardo Di Kaprio və Vittoria Çeretti uzun müddətdir birlikdə görüntülənirlər. Onların münasibətdə olduğu ilə bağlı ilk şayiələr 2023-cü ilin may ayında, Kannda gəzinti zamanı birlikdə görüntüləndikdən sonra yayılmağa başlayıb. Daha sonra cütlük dizayner Rikardo Tiçinin ad günü mərasimində də birgə görünüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru