Bu ixtisasları seçsəniz, işsiz qalmayacaqsınız – Ekspertdən abituriyentlərə MƏSLƏHƏT
18-01-2024, 07:35
Ali məktəblərə daxil olmaq istəyən abituriyentlərin əksəriyyəti müstəqil şəkildə ixtisas seçimi edə bilmirlər. Onlar ya valideynlərinin, ya da ətraflarının təsiri altında qərar qəbul edir ki, bu da öz ixtisasları üzrə iş tapmaqlarına mane olur.
TEREF xəbər verir ki, ixtisas və peşə seçiminin əmək bazarının öyrənilmədən edilməsinin yaratdığı problemlərlə bağlı konkret.az-a açıqlama verən təhsil ekperti Kamran Əsədov durumu aşağıdakı kimi dəyərləndirib:
"Statistik göstəricilərə görə, ölkəmizdəki 4432 orta ümümtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. İl ərzində 85 min şagird orta təhsil müəssissələridən məzun olur. Onların təxminən 60 mini ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verir. Eyni zamanda, 51 universitetdə 187 min tələbə təhsil alır və 55 minə yaxını təhsilini bakalavr pilləsində davam etdirir. Cox təəssüf ki, dörd illik təhsildən sonra yalnız gənclərdən 42 faizi ixtisasa uygun işlə təmin olunur".
Ekspert hazırda tələbatın yüksək olduğu ixtisaslardan da danışıb:
"Fövqalədə Hallar Nazirliyi, Polis Akademiyası və digər hərbi təhsil müəssisələrinin məzunları birmənalı olaraq işlə təmin olunurlar. Bundan əlavə, əmək bazarında tibb işçilərinə də ehtyac böyükdür. Mühasib və müəllim peşələrinə gəldikdə isə, düzdür, onlara da ehtiyac var, amma onlar işə müasibiqələr yolu ilə qəbul olunurlar".