"Ürəyim əsir ki, seçicilər işlə bağlı müraciət etməsin" - Deputat

18-01-2024, 17:44           
"Ürəyim əsir ki, seçicilər işlə bağlı müraciət etməsin" - Deputat
"Ürəyim əsir ki, qəbullarda bizə müraciət edən seçicilər işlə bağlı müraciət etməsin. Çünki kömək etmək mümkün deyil, bu, çox çətin olur".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, dövlət yeni iş yerlərinin açılması istiqamətində bir çox işlər görsə də, yerlərdə işlə təminatla bağlı məsələ sanki daha da mürəkkəbləşdirilir: “Vətəndaş dövlət qurumlarının qapısı arasında sanki yol ölçür. Nəhayət bizdən kömək istəyir. Ona görə də məşğulluq məsələsinin koordinasiya edilməsi mühümdür. Bölgələrdən mərkəzə gəldikdə sanki bir qopuqluq var. Vətəndaşla qurum arasında körpü rolunu oynamağa çalışsaq da, bizə verilən cavablar formal olur. Vətəndaşı da işlə təmin etmək qeyri-mümkün olur. Bu kimi məsələlərin dinləmədə nəzərə alınması yaxşı olardı”.

“Belə fikir yaranmasın ki, ölkədə yeni iş yerləri açılmır. Çünki ölkəmizdə hər il yüz mindən çox yeni iş yerləri açılır. Ona görə də dinləmdə demoqrafik vəziyyət məsələsi gündəmə gəlməlidir”, - komitə sədri Musa Quliyev deputata cavabında qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.