YAP Azərbaycanda sabitliyə xidmət edən əsas siyasi qüvvədir - Novruz Məmmədov
21-11-2015, 13:45
Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyə, əmin-amanlığa və davamlı inkişafa xidmət edən əsas siyasi qüvvədir.
SalamNews-un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "twitter"-dəki səhifəsində qeyd edib.
N.Məmmədov bildirib ki, Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcək: “Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, həm də regionun ən böyük siyasi partiyasıdır. Ümummilli Liderin bizə ərməğanı olan bu partiya ölkədə sabitliyə, əmin-amanlığa və davamlı inkişafa xidmət edən əsas siyasi qüvvədir. Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcəkdir. Bütün Yeni Azərbaycan Partiyası üzvlərini təbrik edirəm!”