Heç kim gizli məqsədlərini nə din, nə də siyasi pərdə altında gizlədərək həyata keçirməməlidir - Vitse-spiker

27-11-2015, 16:58           
Heç kim gizli məqsədlərini nə din, nə də siyasi pərdə altında gizlədərək həyata keçirməməlidir - Vitse-spiker
Azərbaycanda heç kim öz gizli məqsədlərini nə din, nə də siyasi pərdələr altında gizlədərək həyata keçirməməlidir.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaranda baş verən hadisələrə qiymət verərkən deyib.

Vitse-spikerin sözlərinə görə, gizli məqsədlər əvvəl-axır aşkarlanır və qiymət verilir: "Ona görə də hər bir kəsə Azərbaycandakı demokratik ab-havadan, sərbəst toplaşmaq azadlığından istifadə edərkən qanunun tələblərini unutmamağı tövsiyə edirəm”.

Nardaranda baş verənləri narahatlıq doğuran hadisə sayan B.Muradova bunları hüquqa zidd hərəkətlər sayıb: "Hüquqa zidd hərəkətin isə hüquqi qiyməti verilməlidir. Hesab edirəm ki, müvafiq dövlət qurumları öz vəzifələrini zamanında və uyğun şəkildə yerinə yetirməkdədirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.