Bakıya separatçı erməni rejiminin jurnalistləri də gəldi...-Xaçlı axçidən "xoş" xəbər...

23-11-2019, 21:47           
Bakıya separatçı erməni rejiminin jurnalistləri də gəldi...-Xaçlı axçidən "xoş" xəbər...
Bu, doğrudursa, tolerant(!) sülhsevər(!) Azərbaycan üçün əsl qələbədir...
Noyabrın 17-dən 21-dək Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan bildirib. Onun sözlərinə görə, layihə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilib.

P.S. Axı bizim Xarici İşlər Nazirliyindən bildirmişdilər ki, bizim erməni jurnalistlərin Bakıya gəlməsindən xəbərimiz yoxdur?..

P.P.S. Bu, doğrudursa, tolerant, sülhssevər Azərbaycan üçün əsl qələbədir. Tezliklə ermənilər torpaqlarımızı dinc yolla tərk edəcək... Gördünüz xarici siyasətimizin, diplomatiyamızın gücünü?.. Bu, əsl xaçlı "xalq" diplomatiyasıdır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.