“Stratfor”un analitiki: “Bir neçə rayonun Azərbaycana qaytarılması ssenarisi var”

8-12-2015, 21:45           
“Stratfor”un analitiki: “Bir neçə rayonun Azərbaycana qaytarılması ssenarisi var”
“Rusiya və Qafqazda dəyişən geosiyasi iqlim fonunda Dağlıq Qarabağ ətrafında bir neçə rayonun Azərbaycana qaytarılması ssenarisi gözləniləndir”.
Publika.az xəbər verir ki, bu barədə “Stratfor” kəşfiyyat-analitik mərkəzinin Avrasiya bölməsinin analitiki Yevgeni Çausovski deyib.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun noyabrın 9-da İrəvana səfərindən sonra Ermənistan və Rusiya KİV-i Moskvanın istəyi ilə işğal edilmiş rayonlardan bir neçəsinin Azərbaycana qaytarılacağı haqda yazmışdı.
“Stratfor” analitiki hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ciddi maneələr var: “Ermənistanın daxili siyasətindəki vəziyyət, həmçinin diplomatik və siyasi cəbhədə baş verən hadisələr buna maneədir. Lakin fərz etmək olar ki, münaqişənin həlli üçün çalışan bütün tərəflər arasında güzəştə nail olmaq mümkündür”.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri ərazilərin mərhələli qaytarılması və iqtisadi zəmanətlərlə təmin olunması haqda müzakirələr apararsa, təmas xəttində hərbi gərginliyi aradan qaldırmaq olar.
“Bu gün Yaxın Şərq və Suriyadakı problemlərin Cənubi Qafqaza, eləcə də Qarabağ münaqişəsinə birbaşa təsir edəcəyini demək çətindir. Lakin Rusiyanın Suriya münaqişəsinə daxil olması ilə bu problemlər dolayısı yolla bölgəyə təsir edə bilər”, – deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.