“İqtisadiyyat və Sənaye nazirliyinin bəyanatı həqiqətə uyğun gəlmir”

29-12-2015, 11:00           
“İqtisadiyyat və Sənaye nazirliyinin bəyanatı həqiqətə uyğun gəlmir”
Ət məhsullarına qiymətlərin qaldırılması barədə Haqqin.az saytının verdi məlumatla əlaqədar olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Dövlət Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə üzrə Dövlət Xidmətinin əməkdaşları ət və ət məhsulları bazarında monitorinq aparıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri mətbuata bildirib ki, ərzaq yarmarkalarında ətin 1 kiloqramının qiyməti 5,5-6 manat arasında dəyişir. Onun sözlərinə görə, digər satış yerlərində ət və ət məhsullarının qiymətində artım müşahidə olunmayıb: “Amma istənilən halda, biz bazarda monitorinq aparırıq və süni bahalaşma müşahidə olunduğu halda lazımi tədbirlər görüləcək”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə İSN rəsmisinin açıqlamasını belə şərh edib. “Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi başqa bir məlumat yaydı ki, ətin kiloqramı 5-5,5 manat arasındadır. Məni bu məlumat təəccübləndirdi, çünki marketlərdə bu gün ətin bir kiloqramı 11 manatadır. Mən İSN-ə müraciət edərək xahiş etdim ki, ətin kiloqramın 5-5,5 manat arası olduğu yeri desinlər”. “Sizə nə dedilər?”, – deyə bizim müxbir soruşub.

“Onlar mənə Keşlə bazarına baş çəkməyi məsləhət gördülər. Hazırda ora gedirəm”, – deyə AİB sədri qeyd edib. Bir saat sonra, biz E.Hüseynovla yenidən əlaqə saxladıq. “Mən hazırda Keşlə bazarındayam. Qoyun ətinin kiloqramı burda 10 manatdır, mal əti isə 7 manata satılır”. E.Hüseynovun sözlərinə görə, əgər məmurlar ətin qiymətinin baha olmamasını istəyirlərsə, gömrükdəki rüşvətxorluğa son qoymalıdırlar.

Sözardı: Biz İSN mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin də fikrini öyrənmək istədik. Amma cəhdlərimiz nəticəsiz qaldı…
qafqaznevs.orq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.