Qarabağa rus sülhməramlılarının gətirilməsinin PƏRDƏARXASI - Kreml nə istəyir?

29-12-2015, 12:17           
Qarabağa rus sülhməramlılarının gətirilməsinin PƏRDƏARXASI - Kreml nə istəyir?
“İrəvan Moskva Azərbaycan cəmiyyətinin nəbzini yoxlamaq məqsədilə ortaya yeni xəbər atıblar və biz də həmin xəbəri tirajlamaqla məşğuluq”.

Hafta.az-ın verdiyi xəbərə görə, bunu son günlər mediada dolaşan “rus sülhməramlıları Qarabağa doğru” başlıqlı yazılara münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, belə xəbərlərin mahiyyəti ondadır ki, Dağlıq Qarabağda müharibə riski getdikcə artır və müharibə başlamasın deyə Rusiya bölgədə sülhməramlı qüvvələr yerləşdirmək istəyir:

“Bu mövzu qapalı qapılar arxasında daima müzakirə edilir. Sadəcə olaraq Moskva artıq bu mövzunu gizli saxlamaq istəmir. Sanki Azərbaycan cəmiyyətinə mesaj yollayır ki,"bəs siz bu haqda nə düşünürsünüz?". Moskvanın qapalı gedən danışıqların bu hissəsini ictimailəşdirməkdə bir başqa məqsədi Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan hakimiyyətinə təzyiqi artırmaqdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.