Neft firəvanlığı qurtardı: - alış-veriş də olmayacaq, maaş artımı da...

29-12-2015, 13:39           
Neft firəvanlığı qurtardı: - alış-veriş də olmayacaq, maaş artımı da...
böhranı zamanı isə istehlakı büdcə xərcləri stabil saxlamışdı. Digər tərəfdən bu dövrdə pensiyalar və büdcə təşkilatlarında işləyənlərin maaşları artır və nəticədə əhali hələ də geniş alıcılıq qabiliyyətində qalırdı.

İqtisadçılar deyirlər ki, məhz həmin dövr ərzində Rusiya iqtisadiyyatının strukturu dəyişib. Son 15 il ərzində Ümumi Daxili Məhsulda istehlak xərclərinin payı 37 faizdən 56 faizə yüksəlib. Pərakəndə ticarət, daşınmaz əmlak və xidmətlər artım üçün impuls alıb. Lakin həmin dövrdə iqtisadiyyatda yeganə inkişaf edən sahə xammal hasilatı olub.

Ekspertlər bir ağızdan deyirlər ki, istehlakı bundan o yana artırmaq, sadəcə olaraq mümkün deyil. Sberbank bunu rublun devalvasiyası, əhalinin maaş və əmanətlərinin azalması ilə izah edir.

“Alfa-Bank”ın hesabatında deyilir ki, 2014-cü ilin ÜDM-ində maaşların payı 52 faizə çatıb. Bu, bir çox inkişaf etməkdə olan ölkələrdəkindən xeyli çox olub. Lakin indi, iqtisadi artımın yavaşıdığı bir şəraitdə maaş və ya pensiya artımları olmayacaq.Hesabatda qeyd olunur ki, belə aşağı neft qiymətlərinin olduğu bir vaxtda maaşların artırılması sadəcə olaraq mümkün deyil.

Bununla belə, banklar müəyyən nikbinlik də ifadə ediblər. “Sberbank” hesab edir ki, yaxın illərdə hətta köklü islahatlar keçirilmədən də iqtisadi artım 2 faiz civarında qalacaq.Bank hesab edir ki, rublun devalvasiyası nəticəsində Rusiyada işçi qüvvəsi və resurslar ucuzlaşıb, bu isə ölkə iqtisadiyyatının yeni mühərrikinə çevrilə bilər. “Sberbank” ehtimal edir ki, bu, həmçinin Rusiya iqtisadiyyatının rəqabət qabiliyyətini artıra bilər. Lakin məsələ də burasındadır ki, Rusiya neft və qazdan başqa elə də çox mal ixrac etmir.

“Sberbank”ın hesabatında deyilir ki, hazırda ÜDM-də şirkətlərin payı 33 faiz təşkil edir və əgər onu 36-37 faizədək yüksəltmək mümkün olsa, vəziyyət 2004-2005-ci illərdəki kimi ola bilər. O vaxt da neftin qiyməti təxminən indiki qədər idi.

1998-ci ilin devalvasiyası vaxtında Rusiyada artıq buna bənzər bir hal baş vermişdi.Lakin nikbin əhval-ruhiyyədə olmayan iqtisadçılar deyirlər ki, hətta neftin qiymətləri artarsa da, bu, istehlakın artması ilə müşayiət olunacaq, çünki Rusiyada istehlak modelindən başqa model yoxdur.

Neftə gəlincə isə onun qiymətlərinin artmasını ən çox gözləyən OPEC kartelinin ən nikbin proqnozlarına görə, bu, ən azı 2040-cı ilədək baş verməyəcək.

Qeyd edək ki, Rusiyaya xas olan həmin istehlak bumu, insanların ehtiyac oldu-olmadı nəsə almağa meyllənməsi, gəlirlərinin uzun müddət sabit qalacağından arxayın olaraq valyuta ilə kreditlər götürməsi və bunu xüsusi zərurət olmayan istehlak mallarına-məsələn, bahalı telefonlara, avtomobillərə və mebellərə xərcləməsi Azərbaycanda da geniş yayılmışdı. İndi isə bu istehlak bumunu yaddan çıxarmaq lazım gələcək...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.