Deputatdan hökumətin iqtisadçılarına İTTİHAM
29-12-2015, 14:07
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, 10 il ərzində Azərbaycana daxil olan yüksək səviyyəli gəlirlərin xərclənməsi istiqamətində yol verilən səhvlər, israfçılıq gələcəyimiz barədə düşünməyə vadar edir.
Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxış edən deputat qeyd edib ki, hökumətin iqtisadçılarının nə qədər zəif olduğunu devalvasiyası üzə çıxardı:
“21 fevral devalvasiyasından sonra hakimiyyət eşalonunda olan iqtisadçılar nə baş verdiyi ilə bağlı danışmadı. Zahid Oruc sinəsini qabağa verib bunun haqlı mövqe olduğunu dedi. Bu dəfə isə 50 faizlik devalvasiya oldu. Bu barədə insanlara heç nə deyilməyib. İsrafçılıq yox olacaqmı, idxal-ixrac şəffaf olacaqmı? Bu barədə vətəndaşlara heç nə deyilmir.
Mərkəzi Bank Naxçıvanla bağlı olanı təkrarlaya bilmədiyini deyir.
Qeyd edilir ki, Naxçıvanda bir milyon manat məbləğində olduğu üçün ödəmək rahatdır. Mərkəzi Bank isə bunu edə bilmir. “Sədərək”də, “Binə” ticarət mərkəzlərində acınacaqlı vəziyyətdə olduğunu düşünərək konkret addımlar atılmalıdır, islahatlar keçirilməlidir. Dövlət qurumlarında ixtisarlar olmalıdır.
Bu yuxarıdan başlanılmalıdır ki, aşağı təbəqədə də devalvasiya rahat keçsin. Situasiya ilə bağlı vətəndaşa izahat verilməlidir, çünki hamı narahatdır.
Sədr Oqtay Əsədov bu istiqamətdə işlərin aparıldığını qeyd edərək bildirib ki, yaxın müddətdə bunu görəcəyik.
Deputat Fərəc Quliyev isə parlamentdə həftədə bir dəfə iclas keçirilməsi təklifi ilə çıxış edib.
Onun fikrincə, burada müvafiq qurumların dinləmələri keçirilməli və televiziya vasitəsilə məlumatlar insanlara çatdırılmalıdır.