Dövlət Departamenti ABŞ-ın Belarusda çevrilişə cəhdlə bağlı yayılan məlumatlara münasibət bildirib

19-04-2021, 08:02           
Dövlət Departamenti ABŞ-ın Belarusda çevrilişə cəhdlə bağlı yayılan məlumatlara münasibət bildirib
“ABŞ-ın Belarus Respublikası ərazisində planlı şəkildə çevrilişlə əlaqəli sui-qəsdlərlə heç bir əlaqəsi yoxdur”.

APA “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

Departament rəsmisi ABŞ-ın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd planları barədə yayılan məlumatları təkzib edib: “Rusiya dövlət mediasında Alexander Lukaşenkoya qarşı sui-qəsd barədə xəbərləri və bununla bağlı mətbuatda birbaşa açıqlamalar verildiyini gördük. Bunun arxasında ABŞ hökumətinin dayandığı və ya Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak etdiyinə dair hər hansı bir məlumat tamamilə yalandır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru