Azərbaycanlı və erməni deputatların görüşünün yeni təfərrüatı

7-10-2021, 11:53           
Azərbaycanlı və erməni deputatların görüşünün yeni təfərrüatı
Xəbər verdiyimiz kimi, Vyanada azərbaycanlı millət vəkilləri ilə Ermənistandan olan siyasi partiya təmsilçiləri arasında görüş keçirilib.

“Qafqazinfo”nun “News.am”a istinadən məlumatına görə, Qarabağa həsr olunmuş qapalı müzakirələrdə Ermənistan tərəfindən 3 millət vəkili iştirak edib. Bunlar “Respublika” partiyasından olan Armen Aşotyan və Karen Avakyan, “İşıqlı Ermənistan” partiyasından isə Edmon Marukyan olub.

Qeyd olunur ki, görüşə Azərbaycan tərəfindən 3 millət vəkili qatılıb. Bununla yanaşı, bildirilir ki, müzakirələrdə, həmçinin ATƏT və Avropa İttifaqı nümayəndələri, səfirlər, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Avstriyanın akademik dairələrinin nümayəndələri iştirak ediblər.

Müzakirələr “Chatham House” qaydaları, yəni müzakirələrin anonimliyi prinsipi əsasında keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru