Putin Azərbaycan torpaqlarını geri qaytarır – Diplomatik mənbə

18-04-2016, 21:40           
Putin Azərbaycan torpaqlarını geri qaytarır – Diplomatik mənbə
Rusiya və şəxsən RF prezidenti Vladimir Putin yaxın günlərdə başlayacaq Dağlıq Qarabağ danışıqları üzrə kompromisə nail olmaq üçün aktiv şəkildə səy göstərəcək.

AzVision.az məlumatına görə, bu barədə diplomatik mənbə Rusiyanın `İzvestiya` nəşrinə bildirib.
Mənbənin sözlərinə görə, rus lider hər iki tərəfin siyasətçilərini kompromisin zəruriliyi ilə bağlı şəxsən inandırmağa hazırdır.

“Hərbi əməliyyatların dayandırılmasından söhbət getdikdə hər iki tərəf danışıqlar masası arxasına əyləşməyə hazırdır. Lakin dərhal qarşılıqlı iddialar yada düşür və ərazi məsələsi həllolunmaz hala gəlir. Qarşıda çətin danışıqlar var və burada Rusiyanın köməyi olmadan keçinmək mümkün deyil”, - deyə, mənbə “İzvestiya”ya bildirib.

Onun sözlərinə görə, Rusiyanın nizamlama planı “ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması, münaqişə zonasına sülhməramlıların yeridilməsi, qaçqınların qaytarılması və Qarabağın legitimləşdirilməsindən (yəni, sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpa olunması) ibarətdir, vəziyyət sakitləşəndə sonra isə regionun kimə mənsub olması haqqında referendum keçirmək təklif olunur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Vladimir Putin Rusiya xalqı ilə “birbaşa xətdə” söz verdi ki, Moskva Qarabağ münaqişəsinin həm beynəlxalq qurumlar, həm də ikitərəfli qaydada həlli üçün səy göstərəcək.

“Kimin nə deməyindən asılı olmayaraq, Rusiya bu məsələnin həllində maraqlıdır, çünki biz həm Azərbaycan, həm də Ermənistanla tam səviyyədə işləmək istəyirik”, - deyə, Rusiya prezidenti bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.