`Mingəçevirə görə Xankəndini yerlə-yeksan edərik` - Politoloq

19-04-2016, 22:13           

“Mingəçevir Su-Elektrik Stansiyasının taleyi üçün narahat olmağa dəyməz. Mingəçevir SES-ə raket zərbəsi vurmaq haqqında düşünən erməni bilməlidir ki, bunun əvəzində Xankəndi Azərbaycanın uzaq mənzilli raketləri ilə yerlə-yeksan ediləcək”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, Xankəndi Azərbaycanın öz torpağıdır, vurar, sonra da bərpa edər, ayrıca bizə də ziyanı olsa belə Ermənistanın Atom Elektrik Stansiyasını böyük təhlükə gözləyəcək:

“Ümumiyyətlə hansısa erməninin “biz Mingəçevir Su-Elektrik Stansiyasına raket zərbəsi vura bilərik” sərsəmləməsinin mənası odur ki, müharibə Dağlıq Qarabağdan Ermənistan ərazisinə keçəcək. Əgər müharibəni evlərinə daşımaq istəmirlərsə, “Mingəçevir” ifadəsini gərək dillərinə gətirməsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.