Sərkisyan təlimat verdi: Erməni qoşunları geri çəkilir?

19-04-2016, 22:47           
Sərkisyan təlimat verdi: Erməni qoşunları geri çəkilir?
Aprelin 21-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvana gələcək və Qarabağın nizama salınması üzrə “hiyləgər planı” təqdim edəcək. Publika.az xəbər verir ki, bu barədə “armenianreport” saytı yazıb.
Sayt qeyd edir ki, bu planda Qarabağın Ermənistandan alınaraq Azərbaycana verilməsi var: “Rusiya Cənubi Qafqazda möhkəmlənməyi düşünür. Baxmayaraq ki, onun Ermənistanda iki hərbi bazası var, NATO-nun Şərqə doğru genişlənməsi Moskvanı narahat edir. Kreml Azərbaycan ərazisində öz hərbi bazasını yarada bilməz. Çünki onun rəhbərliyi öz suverenliyini prinsipial şəkildə qoruyur. Ərazi güzəşti haqda danışan yalnız Ermənistan rəhbərliyidir”.

Sayt yazır ki, Lavrovun planına görə, ərazilər Azərbaycana qaytarılır: “Burada bizə Dağlıq Qarabağın saxlanıldığı deyilsə də, yalandır. Nəticə etibarilə bütün ərazilər sonda Azərbaycanın olacaq”.

Sayt diplomatik mənbələrə istinadən qeyd edir ki, Dağlıq Qarabağa gedən Serj Sərkisyan da ərazilərin qaytarılması ilə bağlı məsələni yerli komandanlıqla müzakirə edib: “Güman ki, Sərkisyan hərbiçilərə yaxın günlərdə geri çəkilməklə bağlı təlimat verib və əhalinin çıxarılması məsələsini müzakirə edib. Bu, Lavrovun “hiyləgər planı”dır və bizim rəhbərliyimiz onun qarşısında boyun əyir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.