Şərqi Azərbaycan valisi Ermənistanı Araz çayını çirkləndirməməyə ÇAĞIRIB

30-07-2022, 12:48           
Şərqi Azərbaycan valisi Ermənistanı Araz çayını çirkləndirməməyə ÇAĞIRIB
“Ermənistanın mədən tullantılarını Araz çayına axıtması nəticəsində yaratdığı çirklənməyə nəzarət etmək üçün əsaslı tədbirlər görəcəyini gözləyirik”.

TEREF.AZ “Report”a istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyalətinin valisi Abidin Xürrəm Ermənistanın Tehrandakı səfiri Arsen Avakyanla Təbrizdə keçirdiyi görüşdə deyib.

Səfir Arsen Avakyan Şərqi Azərbaycan valisi Abidin Xürrəmi və yerli iş adamlarını Ermənistanın Qərbi Zəngəzur vilayətinə dəvət etməklə yanaşı, ticarət və iqtisadi əlaqələri gücləndirməyə çağırıb.

Səfir iddia edərək bildirib ki, Araz çayı İran və Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır: “Ekoloji problemləri aradan qaldırmaq, lazımı tədbirlər görmək üçün Ermənistandakı mədənlərdən biri bağlanıb”. O, İranın ölkəsi ilə qonşu əyalətlərinin Ermənistan üçün xüsusi əhəmiyyət daşıdğını vurğulayaraq Təbrizdə İrəvanın konsulluğunun açılmasına şərait yaradılmasını istəyib.

Qeyd edək ki, Ermənistanın Qərbi Zəngəzurda mis-molibden zavodu var. Bu sənaye müəssisəsi istehsal tullantılarını 30 ildən çoxdur Araza axıdır. Azərbaycan, Türkiyə, İran, habelə beynəlxalq ekoloqlar Ermənistanın çayı çirkləndirməsinə etiraz edir. Ancaq indiyədək rəsmi İrəvan bu etirazlara məhəl qoymur, Araz çayını çirkləndirməyə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru