Mixeil Saakaşvili siyasətdən gedir

31-07-2022, 00:04           
Mixeil Saakaşvili siyasətdən gedir
Mixeil Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasını (VMHP) tərk edir.

TEREF.AZ xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib.Vəkil Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsinin səbəbini onun həyat təhlükəsizliyi ilə əlaqələndirib: “Mixeil Saakaşvilinin siyasi resursu tükənib. Onun indi əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox, onun həyatından gedir”.

Məsələyə münasibət bildirən VMHP-nin üzvü Baço Dolidze isə M.Saakaşvilinin partiyadan uzaqlaşması məsələsinin gündəmdə olmadığını bildirib. O, vəkilin açıqlamasına təəccübləndiyini qeyd edib.

Xatırladaq ki, M.Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. O, xəstəxanaya mayın 12-də köçürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru