Putinin bunkerində fikir ayrılığı – Kremldə faşist qruplarının mübarizəsi

31-07-2022, 08:45           
Putinin bunkerində fikir ayrılığı –
Rusiyalı publisist Yelenovka kolonunun atəşə tutulması barədə danışıb.

İşğal olunmuş Donetsk vilayətinin Yelenovka məntəqəsində ukraynalı hərbi əsirlərin kütəvi halda öldürülməsi Kremldəki müxtəlif faşist qrupları arasındakı mübarizənin nəticəsidir.

Bu fikri rusiyalı publisist və müxalif siyasətçi Andrey Piontkovski səsləndirib («24-cü kanal»).

Onun sözlərinə görə, kalonun atəşə tutulması barədə Kreml təbliğatının ortaya atılması Rusiya Federasiyasında fikir ayrılığının, həm Putin bunkerində, həm də Rusiya hərbi rəhbərliyində nəzarətin itirilməsinin göstəricisidir.

Piontkovski hesab edir ki, Putin cənubda Ukrayna ordusunun əks-hücumundan qorxur və müxtəlif üsullarla «barışa» nail olmağa çalışır, amma bu cəhdi pozmaq istəyirlər.

«Putini tənqid edən Rusiya elitası və ultrafaşist qruplaşma tərəfindən müqavimət var - onlar hesab edirlər ki, Putin «kifayət qədər faşist» deyil. Onlar hər cür çalışırlar ki, barış cəhdlərini pozsunlar. Mən, hesab edirəm ki, bu, dəhşətli cinayətdir - Kremldəki müxtəlif faşist qruplarının mübarizəsinin nəticəsi».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru