“Putin yalnız bir şərtlə Xarkovu götürə bilər...” - Komarovski

31-07-2022, 08:48           
“Putin yalnız bir şərtlə Xarkovu götürə bilər...” - Komarovski
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Xarkovu yalnız o zaman nəzarət altına ala bilər ki, bu vilayət mərkəzindən xarabalıqlar qalmış olsun. Ukraynada işğalçılar şəhərləri yalnız xəyanət nəticəsində «diri» vəziyyətdə ələ keçirə biliblər.

Bu barədə tibb elmləri namizədi və pediatr Yevgeni Komarovski «Qordon» nəşrinin baş redaktoru Olesya Batsmana müsahibəsində danışıb.

«Xarkovu yalnız o zaman götürmək olar ki, onu Mariupola çevirsinlər. Başqa sözlə, əgər şəhəri yer üzündən silsələr» - o, bəyan edib.

Doktor Komarovski hesab edir ki, Putin xarabalıqları götürə bilər.

«Ukraynada prinsipcə, bizim bildiyimiz qədərində yalnız xəyanət nəticəsində Xerson, Melitopol, Berdyansk şəhərləri ələ keçirilib - nəyi «diri» ələ keçiriblərsə, xəyanətlə ələ keçiriblər. Bütün qalanların yerində isə xarabalıları ələ keçiriblər» - həkim əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru