"Mübarizədə iştirak etmək istəyirsə, özünü qadın kimi təqdim edə bilər” - Zaxarovadan Consona sərt sözlər
31-07-2022, 08:45
“Böyük Britaniyanın Baş naziri Boris Conson NATO-nun yeni Baş katibi postu uğrunda mübarizədə iştirak etmək istəyirsə, özünü qadın kimi təqdim edə bilər”. “TASS” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb. Brüsseldə beynəlxalq qurumlardakı mənbədən bildirilib ki, Consonun NATO-nun Baş katibi vəzifəsinə namizəd olmaq şansı yoxdur, çünki o, qadın deyil və bu alyansa qəbul olunmuş dövlətləri təmsil etmir. Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.