Xomeyninin nəvəsi: "Babam İrana xəyanət edib" - VİDEO

31-07-2022, 09:14           
Xomeyninin nəvəsi:
Hüseyn Xomeyni İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin ən istəkli nəvəsi olub.

Publika.az xəbər verir ki, bu barədə “Azad İran” “YouTube” kanalının hazırladığı süjetdə bildirilib.

Qeyd edilib ki, 1979-cu ilin fevralında şah rejiminin devrilməsindən və inqilabın qələbəsindən az sonra nəvə ilə baba arasında ciddi fikir ayrılıqları meydana çıxıb:

“Hüseyn Xomeyni Pəhləvi hakimiyyətinə qarşı mübarizə aparmış müxtəlif partiya və təşkilatların siyasi səhnədən sıxışdırılıb çıxarılaraq, öz sözləri ilə desək, ruhanilərin diktaturasının qurulması prosesinə açıq etirazını bildirdi. Çox sonralar, dəqiq desək, 2004-cü ildə Amerika Birləşmiş Ştatlarına səfəri zamanı o, keçmiş İran şahının oğlu Rza Pəhləvi ilə görüşdü”.

Həmin görüş zamanı Pəhləvi sülaləsinin banisi Rza şahı nəzərdə tutan şahzadə: “Babam İrana xidmət edib” – dedi, Hüseyn Xomeyni isə: “Mənim babam İrana xəyanət edib” söylədi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru