Rusiya bu hücumun qarşısını ala bilməyəcək - Piontkovski

31-07-2022, 09:08           
Rusiya bu hücumun qarşısını ala bilməyəcək - Piontkovski
Rusiya başa düşür ki, Ukraynaya qarşı müharibədə uduzub, ona görə də Kreml Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində əks-hücumunu pozmağa çalışır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Kreml çətin vəziyyətdədir: onlar dərin strateji məğlubiyyətə uğradıqlarını başa düşürlər. Ruslar Xerson vilayətində Ukraynanın əks-hücumundan qorxurlar, onun qarşısını hərbi yolla ala bilmirlər, ona görə də diplomatik yolla hücuma mane olmaq istəyirlər. Moskvanın davranışı çox ziddiyyətlidir”, - politoloq vurğulayıb.

Ekspertin fikrincə, Rusiya rəhbərliyi öz məğlubiyyətini anlayır, ona görə də atəşkəsə nail olmağa çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru