Avropa Rusiyanın şantajına hazırdır, lakin... - Brayza

31-07-2022, 10:24           
Avropa Rusiyanın şantajına hazırdır, lakin... - Brayza
Avropa Rusiyanın enerji şantajına hazırdır.

Buta.ws xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, diplomat Metyu Brayza deyib.

“AB əmindir ki, onlar bu qış Rusiya qazının tədarükünün tamamilə dayandırılması təhlükələri fonunda mümkün diskomfortlara dözə biləcəklər”, - Brayza söyləyib.

Öz xəbər saytını sifariş et həmdə pulsuz
“Qış avropalılar üçün kifayət qədər narahat olacaq, lakin evlər deyil, bəzi iri müəssisələr üçün narahatçılıq olacaq. Bu, Avropa üçün soyuq vaxtlar olacaq. Almaniyada keçirilən ictimai rəy sorğularına görə, almanlar evlərində temperaturun aşağı düşməsinə, iqtisadi artımın bir qədər yavaşlamasına hazırdırlar”, diplomat bildirib.

Diplomatın fikrincə, əgər hava çox soyuq keçərsə və diskomfort Rusiyaya müqavimət göstərmək hazırlığını üstələyərsə, qışın şaxtasında avropalıların fikrini dəyişmək əsl problem olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru