Yeni müharibə riski və Çinin hədəsi: Pelosi GERİ ADDIM ATDI
31-07-2022, 13:45
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turu zamanı Sinqapur, Malayziya, Koreya Respublikası və Yaponiyaya səfər etmək niyyətində olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Lakin o, Tayvanı səfər edəcəyi ölkələr siyahısında qeyd etməyib.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Asiyaya doğru hərəkət edən xüsusi təyyarəsinin Havay adalarına Honolulu hava limanında eniş etdiyi barədə məlumatlar yayılıb.
Pelosinin səfər zamanı Tayvana getməsi mümkün idi, lakin bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
Bundan əlavə, senator Aleksey Puşkov Pelosinin Tayvana səfəri ilə bağlı ABŞ və Çin arasında münaqişənin baş verə biləcəyini açıqlayıb.