ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çalışır

1-08-2022, 08:08           
ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çalışır
ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çalışır. "Report" "RBC Ukraina"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan bildirib.

Departamentin nümayəndəsi telemarafonun efirində deyib ki, Konqres Rusiyanı terrorizmin sponsoru kimi tanımaq üçün meyarlar müəyyən edəcək.

Kalanın sözlərinə görə, bu, ölkəyə qarşı artıq qüvvədə olan sanksiyalara o qədər də təsir etməyəcək.

“Çünki artıq mövcud olan ən güclü sanksiyalar, bir ölkə terrorizmin sponsoru kimi müəyyən edildikdə tətbiq edilən sanksiyalara bənzəyir”, - nümayəndə vurğulayib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru