Rusiya Hind okeanı və Qırmızı dənizdə hərbi bazalar yaradacaq

1-08-2022, 10:46           
Rusiya Hind okeanı və Qırmızı dənizdə hərbi bazalar yaradacaq
Rusiya Qırmızı dəniz və Hind okeanında Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün logistik dəstək məntəqələri yaratmağa hazırlaşır.

Bu barədə iyulun 31-də prezident Vladimir Putin tərəfindən imzalanmış Dəniz Doktrinasında deyilir.

Rusiya Hərbi Dəniz Qüvvələrinin bu bölgələrdəki dəstək məntəqələrinin Fars körfəzində ölkənin hərbi dəniz varlığını qorumaq və saxlamaq üçün zəruri olduğu bildirilir.

Həmçinin, region dövlətlərinin infrastrukturundan “Rusiya Federasiyasının dəniz fəaliyyətinin maraqları naminə” istifadə edilməsi nəzərdə tutulur.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru