Baydenin ayırdığı milyardlar Kiyevə çatmır

1-08-2022, 10:08           
Baydenin ayırdığı milyardlar Kiyevə çatmır
ABŞ-ın Ukraynaya ayırdığı vəsaitin əhəmiyyətli hissəsi Pentaqona çatır.

Axar.az xəbər verir ki, bunu Donald Tramp administrasiyasında müdafiə nazirinin müşaviri işləyən, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

Vaşinqtonun Kiyevə hərbi yardımının effektivliyini müzakirə edən Makqreqor vurğulayıb ki, pulların hara getdiyi gözdən qaçırılmamalıdır.

"Milyardlarla dollar hara gedir? Onların əksəriyyəti Ukraynaya çatmır. Bu vəsaitlərin böyük hissəsi Silahlı Qüvvələrə avadanlıq və resursların Avropaya ötürülməsini (xərcləri) kompensasiya etmək üçün ABŞ Müdafiə Nazirliyinə gedir", - Makqreqor bildirib.

Onun sözlərinə görə, Pentaqon öz növbəsində bu vəsaiti ABŞ Müdafiə Nazirliyi ilə müqavilələr əsasında hərbi texnika istehsal edən özəl şirkətlərin xidmətlərinin ödənilməsinə sərf edir. Sadə dillə desək, bu vəsaitlər (bu ilin noyabrına təyin edilmiş ABŞ Konqresinə) seçki ərəfəsində qanunvericilər üçün vacib olan şəxslərin zənginləşdirilməsinə sərf olunur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru