PUTİN GİZLİ SƏFƏRBƏRLİK ELAN EDİB 42 YAŞA QƏDƏR…

1-08-2022, 11:32           
PUTİN GİZLİ SƏFƏRBƏRLİK ELAN EDİB
Rusiyada yaşayan azərbaycanlı mənbələrdən TİA.Az-a sızan informasiyalara görə, ölkədə gizli səfərbərlik başlanıb. Rusiyada 42 yaşa qədər kişilərə ölkədən çıxış qadağası qoyulub və aidiyyatı üzrə orduya çağırılırlar. Məlumatlı qaynaq xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin rəsmi səfərbərlik elan etmək istəmir.

Buna səbəb iki amil göstərilir: əhalidə qorxu yaratmamaq və ordunun Ukrayna müharibəsində uğursuzluğa düçar olduğunu gizlətmək. Əgər Putin rəsmi ümumsəfərbərlik elan edərsə, bu, onun məğlubiyyətinin etirafı, 24 fevraldan bəri 150 minlik qoşunla girdiyi ərazilərdə canlı və hərbi qüvvəsinin böyük hissəsinin məhv edilməsi, yeni resurslara ehtiyacının yaranması kimi qiymətləndiriləcək.

Son həftələrdə ABŞ-ın Ukrayna ordusuna verdiyi HİMARS reaktiv yaylım atəşi sistemləri rus ordusunun başına od ələyir. Bu raket sistemi ilə rusların xeyli sayda silah anbarı, hərbi obyektləri vurulub. Həmin ağır silahlar müharibədə öz təsirini göstərməkdədir. Bütün bu faktorları nəzərə alaraq, Putin müharibənin yeni mərhələsində əlavə qüvvəyə ehtiyac duyub. Ona görə də qeyri-rəsmi səfərbərlik elan edilib. Mənbə qeyd edir ki, Rusiyada vəziyyət göründüyü qədər deyil, həm orduya çağırışlar, həm iqtisadi vəziyyət əhalinin əhval-ruhiyyəsinə təsir etməkdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru