Rusiya öz ərazisinə raket zərbəsi endirəcək - ŞOK İDDİA

1-08-2022, 10:26           
Rusiya öz ərazisinə raket zərbəsi endirəcək - ŞOK İDDİA
Rusiya səbəbsiz səfərbərlik elan edə bilməyəcək, çünki bundan əvvəl hərbi vəziyyət tətbiq etmək lazımdır. Bunun üçün işğalçılar antiterror qanunvericiliyindən istifadə edə bilərlər.

Axar.az xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Rusiyada terror təhlükəsinin üç səviyyəsi var: yaşıl, sarı, qırmızı:

"İndi Ukrayna ilə həmsərhəd rayonlarda terror təhlükəsinin səviyyəsi sarıdır. Söhbət Belqorod, Kursk, Bryansk və Rostov vilayətlərindən gedir. Təcavüzkar öz ərazisində növbəti terror hücumu təşkil edərsə - məsələn, Ukrayna ərazisindən atılacağı iddia edilən raket zərbəsi - bu, terror təhlükəsinin dərəcəsini qırmızıya qaldıracaq. Bu səviyyə hərbi vəziyyətin tətbiqini nəzərdə tutur".

Jdanov qeyd edib ki, Rusiyada öz ərazisində bir neçə terror aktı təşkil edə və hərbi səfərbərlik kampaniyasına başlaya bilər:

"İkinci çeçen kampaniyasının necə başladığını xatırlayın - Moskva və Volqodonskda 10 ev partladılmışdı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru