Çay brendləri “Lipton”, “Saito” və “Brooke Bond” Rusiyanı tərk edir 2-08-2022, 00:17 “Lipton”, “Saito” və “Brooke Bond” brendlərinin sahibi olan beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya bazarını tərk edir.“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.Yuxarıda göstərilən markaların çayları 2022-ci ilin sonuna qədər Rusiyada istehsalı, həmçinin satışı tamamilə dayandırılacaq.“Beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya ərazisində fəaliyyətini dayandırmaq qərarına gəlib”, - məlumatda deyilir.Şirkət bu qərarını mövcud vəziyyətin Rusiyada biznesin sabit inkişafına imkan verməməsi ilə əsaslandırıb. Facebook-da paylaş