“Rusiya SSRİ-nin xaricdəki əmlakının üçdə birini Ukraynaya qaytarmalıdır” - Səfir Pristayko

2-08-2022, 08:32           
“Rusiya SSRİ-nin xaricdəki əmlakının üçdə birini Ukraynaya qaytarmalıdır” - Səfir Pristayko
Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukraynanın keçmiş Xarici İşlər naziri Vadim Pristayko bəyan edib ki, Rusiya SSRİ-nin xaricdəki əmlakının üçdə birini Kiyevə qaytarmalıdır.

Bu zaman o, etiraf edib ki, sovetlərin əmlakı Rusiyaya ondan sonra nəsib olub ki, Moskva SSRİ-nin bütün borclarını öz üzərinə götürüb. Pristayko bəyan edib ki, Ukrayna bununla razılaşıb, amma sənədləri ratifikasiya etməyib. Ukraynanın növbəti iddiası da bunun üzərində qurulub.

«Hazırda biz, Rusiyadan tələb edirik: siz, heç olmasa xaricdə olanların üçdə birini qaytarmalısınız. Konkret olaraq, Britaniyada yerləşən tikililəri və bizim fikrimizcə, qeyri-qanuni Rusiya Federasiyasının üzərinə qeydiyyata alınanları» - Pristayko bəyan edib.

Xəbər verildiyi kimi, iyulda Kiyevin Böyük Britaniyadakı Rusiya daşınmaz əmlakını konfiskasiya etmək niyyəti barədə məlum olub. Söhbət 18 obyektdən gedir, ilkin hesablamalara görə, onların qiyməti 100 milyon funt sterlinqə çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru