Yelenovkada hərbi əsirləri Rusiya öldürüb – Müharibəni öyrənən institut
3-08-2022, 07:53
Rusiya qüvvələri 53 ukraynalı hərbi əsirin iyulun 28-də Rusiya tərəfindən Yelenovka (Donetsk vilayəti) türməsində öldürülməsinə görə məsuliyyət daşıyırlar.
Bu barədə Amerikanın müharibəni öyrənən İnstitutunun (ISW) hesabatında deyilir («UNİAN»).
Ekspertlər Kremlin yalanına diqqət çəkiblər ki, guya hərbi əsirlərin öldürülməsində Ukraynanın özü günahkardır.
"Hadisə yerindən çəkilmiş peyk şəkilləri və digər şəkillər göstərir ki, hücum nəticəsində yalnız bir bina zədələnib, bu binanın divarları dağılmayıb və onun ətrafında mərminin partlamasından çuxur qalmayıb, bunlar inandırıcı şəkildə göstərir ki, türmənin dağılması ya nöqtə zərbəsinin, ya da daxildən qoyulmuş partlayıcı maddənin partlayışının nəticəsi olub" - analitiklər hesab edirlər.