MAQATE rəhbəri Zaporojye AES-dəki təhlükə ilə bağlı BMT ölkələrinə çağırış edib

3-08-2022, 09:08           
MAQATE rəhbəri Zaporojye AES-dəki təhlükə ilə bağlı BMT ölkələrinə çağırış edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukraynada Zaporojye AES-in ətrafında hərbi əməliyyatların davam etməsi ilə bağlı BMT-yə üzv ölkələrə çağırış edib.

“Report”un yerli bürosunun xəbərinə görə, Rafael Qrossi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib ki, bölgədə vəziyyət olduqca həsas və dolaşıqdır:

"Rusiyanın işğalı altında olan Zaporojye AES-in ətrafında nüvə təhlükəsizliyinin bütün prinsipləri pozulub. Müharibə gedən regionu İki dəfə ziyarət etmişəm və vəziyyətin çox ağır olduğunu vurğulamaq istəyirəm. Biz bunun davam etməsinə imkan verə bilmərik. Problemdən çıxış yolları axtarmaqda davam edirik. BMT-nin bölgədə olduğunu görmək və proseslərdə iştirakını hiss etmək vacibdir. Bu, qlobal problemdir, vəziyyətdən çıxış yollarının tapılması istiqamətində bütün ölkələr öz töfhəsini verməlidir”.

Baş direktor 1986-cı ildə Çernobılda enerji blokunun partlaması nəticəsində baş verən faciəni xatırladıb və Zaporojye AES-də altı blokun olduğunu deyib.

Onun sözlərinə görə, zavod ətrafındakı hərbi fəaliyyət nüvə obyektini çökdürə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru