"İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı səsvermə sabah keçirilə bilər" - ABŞ senatoru

3-08-2022, 10:58           
"İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı səsvermə sabah keçirilə bilər" -
Amerikalı senatorlar İsveç və Finlandiyanın NATO -ya üzv olması üçün avqustun 3-də səs verə bilərlər.

"Unikal" RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Nyu York ştatından olan yüksək səviyyəli amerikalı senator Çak Şumer jurnalistlərə açıqlamsında bildirib.

“Ümid edirəm ki, sabah NATO ilə bağlı qərar verə bilərik. Görünən odur ki, biz orada da düzəlişlərlə bağlı razılaşmaya yaxınlaşırıq”, - Şumer bildirib.

İki dövlətin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı sənədlər daha əvvəl alyansın üzvü olan 30 ölkədən 20-nin qanunverici orqanı tərəfindən ratifikasiya olunub.

İsveç və Finlandiya Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra NATO-ya üzvlük tələbi ilə uzunmüddətli neytrallıqlarından əl çəkiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.