Pentaqon Şoyqunun bəyanatını təkzib edib

3-08-2022, 11:59           
Pentaqon Şoyqunun bəyanatını təkzib edib
Vaşinqton Rusiya Müdafiə Nazirliyinin Ukraynada məhv edildiyi iddia edilən "HIMARS MLRS" ilə bağlı yayılan məlumatları təkzib edib.

TEREF.Az APA-ya istinadən bildirir ki, bu barədə Reuters məlumat yayıb.

"Müdafiə naziri Şoyqunun son iddialarından xəbərdarıq. Bildirmək istərdik ki, bu yenə də açıq-aşkar yalandır", - deyə Pentaqonun sözçüsü vəzifəsini icra edən Todd Bressail bildirib.

Eyni zamanda o, əlavə edib ki, Ukrayna HIMARS sistemindən yüksək dəqiqliklə və səmərəli şəkildə istifadə edir.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada al6 "HIMARS" və 33 "M777" haubitsasının məhv edildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru