“Tezliklə Ermənistanın cənubunu və Qarabağı itirəcəyik” - DÜŞMƏN TƏLAŞDA

3-08-2022, 12:18           
“Tezliklə Ermənistanın cənubunu və Qarabağı itirəcəyik” -
Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan ölkəsinin gələcəyi ilə bağlı pessimist açıqlamalar verib. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, hazırda dünyada və regionda baş verən hadisələrin Ermənistanın xeyrinə olmadığını bildirib.

Zakaryan deyib ki, vəziyyət o qədər gərgindir ki, bir müddət sonra bir sıra ərazilərin itirilməsi ilə üzləşə bilərlər. “Vəziyyət heç də yaxşı deyil. Demək olar ki, şansımız yox dərəcəsindədir. Tezliklə Qarabağı və Ermənistanın cənubunu itirmək təhlükəsi ilə üz-üzə qalacağıq”.

Keçmiş nazir müavini vəziyyətdən çıxış yolu kimi, əhalinin ayağa qalxmasını, davamlı aksiyaların keçirilməsini və orduda təcili islahatların aparılmasını göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru