Putinin alman dostundan çağırış: İşlər pisləşsə...

3-08-2022, 10:39           
Putinin alman dostundan çağırış:
Avropalıların üzərinə düşən maliyyə yükünü azaltmaq üçün Şimal Axını-2 layihəsi işə düşməlidir.

Axar.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Herhard Şröder deyib.

Onun sözlərinə görə, boru kəmərinin açılması kəskin yanacaq çatışmazlığı problemini həll etməyin ən asan yolu olacaq:

“Ən sadə həll yolu Şimal Axını-2 qaz kəmərini işə salmaq olardı. Artıq başa çatıb. Əgər işlər həqiqətən pisləşsə, bu kəmər var. Kəmərin hər iki qolu işləyəcəyi təqdirdə, biz alman sənayesini və alman təsərrüfatlarını təmin etməkdə heç bir problem görməyəcəyik”, - Şröder bildirib.

Qeyd edək ki, Herhard Şröderlə Rusiya Prezidenti Vladimir Putin arasında dostluq münasibətləri mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru