Çindən təhdid mesajı – “Bu, sizi məhvə, ölkənizi isə fəlakətə aparacaq”

3-08-2022, 18:43           
Çindən təhdid mesajı –
“Xarici güclərlə müstəqillik axtarmaq sizin məhvinizə, Tayvanı isə fəlakətə aparacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Çin Dövlət Şurasının Tayvanla Əlaqələr Departamentinin sözçüsü Ma Syoquan Tayvan lideri Tsay İnq-venə göndərdiyi mesajda deyib.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra ada hökumətinə xəbərdarlıq edən Çin rəsmisi bildirib ki, Tayvanın atdığı addımlar fəlakətlə başa çatacaq.

“Tsay İnq-ven və Demokratik İnkişaf Partiyasına (DPP) xəbərdarlıq edirik: təxribat xarakterli hərəkətlərlə və xarici güclərlə birlikdə “müstəqillik” axtarışları sizi məhvə, Tayvanı fəlakətə aparacaq”, - Syoquan bildirib.

Bəyanat Pelosi və onun nümayəndə heyətinin səhər saatlarında Tayvan lideri ilə görüşündən sonra verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru