Qazaxın 7 kəndi Azərbaycana QAYTARILIR? - FOTO

3-08-2022, 19:01           
Qazaxın 7 kəndi Azərbaycana QAYTARILIR? - FOTO
Vikipediya açıq platformasının tərtib etdiyi yeni xəritədə Qazaxın 7 kəndi anklav kimi deyil, Azərbaycanın əsas ərazisinə birləşdirilmiş formada verilib.

TEREF.AZ publika.az-a istinadla xəbər verir ki, hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qazaxın 7 yaşayış məntəqəsi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrlimli kəndləri Azərbaycanın Ermənistan ərazisindəki anklavları olsa da, yeni xəritədə "quru yolla" Azərbaycana birləşdirilib.

Bildirək ki, həmin kəndlər SSRİ dövründə aparılan qeyri-qanuni delimitasiya işləri zamanı Azərbaycanın əsas hissəsindən ayrı salınıb.

Eyni zamanda, məlumat üçün xatırladaq ki, həmin 7 kənd 1990-92-ci illərdə Ermənistan ordusu tərəfindən işğal edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru