“Çin ABŞ-la vuruşmayacaq” - Ekspert səbəbini izah edib

4-08-2022, 08:59           
“Çin ABŞ-la vuruşmayacaq” -
Çin Amerika Birləşmiş Ştatlarıyla güclü iqtisadi əlaqələr və rəqabət səbəbilə silahlı münaqişəyə getməyəcək.

Bu barədə Dünya Siyasəti İnstitutunun direktoru Yevgeni Maqda «Ekspresso» telekanalının efirindən bəyan edib («UNİAN»).

«Çətin təsəvvür etmək olar ki, Çin o dövlətlə silahla münaqişəyə gedə bilər ki, onunla möhkəm iqtisadi münasibətlərə malikdir. Çin və ABŞ fəal şəkildə iqtisadi planda rəqabət aparırlar. Odur ki, çətin təsəvvür etmək olar ki, bu iki dövlət döyüşsün» - Maqda izaz edib.

Onun sözlərinə görə, Vaşinqton birmənalı şəkildə Pekinlə müharibəyə hazır olduğunu nümayiş etdirmir.

«İlk növbədə, biz, Tayvan ətrafında ABŞvə Çin arasında münaqişənin siyasi üstqurumunu görürük. Eyni zamanda, Pekində Rusiyanın Ukrayna ərazisinə tammiqyaslı təcavüzündən sonra dünya iqtisadiyyatında yaranmış situasiyanı dəqiq analiz ediblər. Öz növbəsində, ABŞ da nümayiş etdirir ki, gərginliyə getməyə hazır deyil. Hətta diplomatlara xas olan gərginliyə də - məsələn, səfirin geri çağırılması belə bu situasiyada baş tutmayıb» - ekspert əlavə edib.

Xatırladırıq ki, ölkələr arasında situasiya ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan adasına səfərindən sonra gərginləşib. Buna qarşı olaraq, Çin güclü cavab verəcəyini vəd edib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.