Moldova: Rusiyanın hücum planına daxil deyilik!

4-08-2022, 09:58           
Moldova: Rusiyanın hücum planına daxil deyilik!
Müxtəlif kanallardan gələn məlumatlara əsaslanaraq Rusiyanın planlarında Moldovaya müdaxilənin olmadığını deyə bilərəm.

Axar.az xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosatiy deyib.

"Rusiya qüvvələri Ukraynanın cənub-şərqində sabitliyimizə təhlükə olmayan məsafədə döyüşür. Hərdən ölkənin cənub bölgəsində rus raketlərinin partlayışları eşidilsə və bu çox narahatedici olsa da, hazırda Moldova ərazisinə təcavüz və ya hərbi əməliyyatla bağlı mümkün təhlükə yoxdur”, - deyə o bildirib.

“Bir neçə mənbədən gələn rəsmi kanallar sayəsində biz bilirik ki, Rusiyanın hərbi planlarına Moldova ərazisi daxil deyil”, - nazir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru