Rusiya sanksiyalardan yayınmağın yolunu tapdı

4-08-2022, 10:18           
Rusiya sanksiyalardan yayınmağın yolunu tapdı
Rusiya Misirin Əl-Həmra neft terminalından istifadə etməklə nefti nəql etmək üçün yeni yol tapıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Nəşr Rusiyanın iyulun 24-ü səhər saatlarında “Krested” tankeri ilə Əl-Həmraya çatdırılan təxminən 700 min barrel neft yükünü izləyib. Bir neçə saat sonra neftin hamısı və ya bir hissəsi “Kris” tankerinə köçürülüb. "Kris" tankeri hazırda Misirin Qırmızı dəniz sahilindəki Ras-Şuxeyr neft terminalında dayanıb.

Terminalda Rusiya və Misir xammalının qarışdırılması mümkündür və onun mənşəyi barədə nə isə deməyi və son təyinat ünvanını müəyyən etməyi çətinləşdirir.

Bundan belə nəticəyə gəlmək olar ki, Rusiya sanksiyalardan yayınmaq üçün yeni yol tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru