Savaş başlasa, bu ölkəyə yardım edəcəyik

4-08-2022, 09:19           
Savaş başlasa, bu ölkəyə yardım edəcəyik
Rusiya Tayvanda silahlı münaqişə baş verəcəyi halda Çinə hərbi yardım etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

“Mən Çinə yardım etməkdən imtina etməyimiz üçün heç bir səbəb görmürəm, lakin istərdim ki, Çinlə bu istiqamətdə tərəfdaşlığımız qarşılıqlı olsun, yəni biz də bu əməkdaşlıqdan müəyyən fayda əldə edək. Başa düşürük ki, bəzən hansısa kiçik münaqişələr böyük müharibəyə çevrilə bilir. Hesab edirəm Çin bu məsələdə çox ehtiyatlı və təmkinlidir. Buna baxmayaraq, o öz müdafiə potensialını da sürətlə artırmağa davam edir”, - o bildirib.

Cabarovun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin anlayıb ki, gələcəkdə Rusiya ilə yaxınlaşmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru