Zelenski təhqir etdi: Onun Rusiyaya işləməsi iyrəncdir!

4-08-2022, 11:28           
Zelenski təhqir etdi:
Rusiyanın danışıqlara hazır olması ilə bağlı bəyanatları əsassızdır, çünki Rusiya Ukraynanın cənubunda ehtiyatını artırır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Onlar terrorçu dövlətin danışqlara hazır olması tezisi ilə bağlı müxtəlif emissarları aktivləşdirirlər. Əgər Rusiya həqiqətən də müharibənin bitməsini istəsəydi, indi Ukraynanın cənubunda ehtiyatlarını artırmaz və Ukrayna ərazisində qətlə yetirilmiş günahsız insanların kütləvi məzarlığını yaratmazdı.

Ümumiyyətlə, Avropa dəyərlərinə malik olan qüdrətli dövlətlərin keçmiş rəhbərlərinin bu dəyərlərə qarşı müharibə aparan Rusiya üçün işləməsi sadəcə olaraq iyrəncdir”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Herhard Şröder Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Kremlin Ukrayna böhranının diplomatik yolla nizamlanmasına hazır olduğunu açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru