"Nikolla birlikdə iki yolumuz var: ya yeni müharibə, ya da yeni kapitulyasiya" - İşxan Saqatelyan

4-08-2022, 09:31           
"Nikolla birlikdə iki yolumuz var: ya yeni müharibə, ya da yeni kapitulyasiya" - İşxan Saqatelyan
“Gizli danışıqlarla “Arsax”ın (Qarabağdakı qondarma rejim) tam tərksilahı prosesi gedir, Laçın dəhlizi vasitəsilə Ermənistanla etibarlı quru əlaqəsinə maneçilik törədilir və bütün bunların nəticəsində “Arsax”ın ermənisizləşdirilməsi baş verir”.

Bizim.Media xəbər verir ki, bu barədə parlamentin “Ermənistan” fraksiyasının deputatı, Daşnaksütyun partiyasının ali şurasının üzvü İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

“Dünəndən mən “Arsax”la operativ əlaqə saxlayıram. Vəziyyət gərgindir və son dərəcə təhlükəlidir. Beynəlxalq tərəfdaşlarla gecə-gündüz iş aparan Brüsseldəki “Ay Data” ofisi ilə fəal əlaqədəyəm.

Hazırda “Arsax” tam tərksilah edilir. Noyabrın 9-dan bəri bu təhlükədən danışırıq.
Nikolla birlikdə bizim iki yolumuz var: ya yeni müharibə, ya da yeni kapitulyasiya.
Bu vəziyyətdən yeganə çıxış yolu bu hakimiyyəti aradan götürməkdir.

Soruşmayın: müxalifət haradadır? Müxalifət yerindədir. İstənilən ssenariyə hazır olun”, – deyə o, qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru