ABŞ Çipləri Aktı şirkətlərin Çində istehsalı genişləndirməsini məhdudlaşdırır

5-08-2022, 08:58           
ABŞ Çipləri Aktı şirkətlərin Çində istehsalı genişləndirməsini məhdudlaşdırır
ABŞ Konqresinin qəbul etdiyi yeni federal proqram yarımkeçirici sənayeni dəstəkləmək üçün 52 milyard dollar ayırır, lakin bu, Çində çip istehsal imkanlarını genişləndirmək üçün maliyyə qəbul edən şirkətləri məhdudlaşdırır.

“Asia Nikkei” xəbər verir ki, Çiplər və Elm Aktı keçən həftə ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilmiş 280 milyard dollarlıq paketdir. Amma bu, federal subsidiyalar alan şirkətlərin Çində və ya hər hansı digər xarici ölkədə çip istehsal imkanlarını genişləndirməsinə mane olur.

Yarımkeçiricilər smartfon və ya noutbuk kimi elektron cihazların “beyni”dir və ABŞ-ın Ukraynaya tədarük etdiyi “Javelin” tank əleyhinə raketləri kimi mürəkkəb silah sistemlərində də mühüm rol oynayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.